Məcburi köçkündən dövlət rəhbərinə: ”Siz bizim ümid və pənah yerimizsiniz”


Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Məcburi köçkün Aysel Aslanzadənin dövlət rəhbərinə yazdığı məktubunda deyilir:  

“Hörmətli cənab Prezident, mən keçmiş Ağdərə rayonundan məcburi köçkünəm. Hazırda Bərdə rayonunda yaşayıram. Sizin diqqət və qayğınızı biz məcburi köçkünlər hər zaman hiss edirik. COVID-19 pandemiyasının dünyanı lərzəyə gətirdiyi hazırkı vaxtda Sizin necə müdrik və qayğıkeş dövlət başçısı olduğunuzu bir daha gördük. Elə bu məktubu yazmaqda əsas məqsədim də ona görədir ki, xalqımızı bu çətin bəladan qurtarmaq üçün həyata keçirdiyiniz məqsədyönlü işlər üçün Sizə dərindən təşəkkürümü bildirim. Cənab Prezident, xalqımız Sizi sevir. Siz bizim ümid və pənah yerimizsiniz”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu