Cəlilabad sakinləri ölkə başçısına yazırlar: “Siz həqiqətən də hər bir azərbaycanlının Prezidentisiniz!


Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Cəlilabad rayonunun sakinləri Qasım Miriyev, Vüsal Ağayev, Emil Ağayev, İlqar Ağayev, Qəyum Ağayev və Kamran Məmmədov ölkə başçısına yazırlar: 

“Möhtərəm cənab Prezident, Sizin xalqımıza göstərdiyiniz diqqət və qayğı bizim Kazımabad kəndinin sakinlərindən də yan keçmir. Hazırda mövsümlə əlaqədar olaraq rayonumuzun kəndlərində insanlar əkinçiliklə məşğuldurlar. Biz kəndlilər əsasən kartof əkib-becəririk. Belə bir ağır dövrdə məhsulumuzu xarici bazarlara çıxarmağımıza böyük imkanlar yaratdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk. Məhsullarımız iritonnajlı yük maşınları ilə xarici bazarlara daşınır. Siz həqiqətən də hər bir azərbaycanlının Prezidentisiniz! Allah Sizi qorusun!”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu