ABŞ-da həbs edilən daha bir iranlı azadlığa buraxılıb



Casusluqda və sanksiya rejimini pozmaqda ittiham edilərək ABŞ-da həbs edilən daha bir iranlı Məcid Taheri azadlığa buraxılıb. 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif tvitter səhifəsində elan edib. 

Onun sözlərinə görə, bu proses bütün məhbuslar üçün ola bilər. 

Qeyd edək ki, İranda həbs olunan ABŞ Hərbi Dəniz Qüvvələrinin veteranı Maykl Uayt da sərbəst buraxılıb. 

Xatırladaq ki, bir neçə gün öncə casusluqda və sanksiya rejimini pozmaqda ittiham edilərək ABŞ-da həbs edilən iranlı professor Sirus Əsgəri azadlığa buraxılmışdı.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu