Bakıda narkotik alverçiləri ələ keçirildi

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Lent.az -ın məlumatına görə, Səbail Rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsi və 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 27 yaşlı Aleksey Yeqorov saxlanılıb. Onun üzərində aparılan axtarış zamanı 1, 577 marixuana, 0,177 qram metamfetamin aşkar edilib.

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş, 45 yaşlı Altay Sabirovdan 0,313 heroin aşkar edilib.

Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Bölməsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 36 yaşlı Məmməd Rzayev saxlanılıb. Onun üzərindən 0, 824 qram heroin aşkar edilərək götürülüb.

Hər 3 faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu