Sumqayıtda yeni ana olan qadın qəflətən öldü

Sumqayıtda 44 yaşlı qadın qəflətən ölüb.
APA-nın məlumatına görə, 1976-cı il təvəllüdlü Əliyeva Lalə Mirsahid qızının yaşadığı evdə qəflətən vəziyyəti pisləşib.

Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

L.Əliyeva 25 gün bundan öncə ana olubmuş. 44 yaşlı qadının ölüm səbəbləri aparılan ekspertizanın nəticəsindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu