Spikerdən deputatlara karantin TƏLƏBİ

“Deputatlardan, Milli Məclisin Aparatının və İşlər İdarəsinin əməkdaşlarından tələb edirəm ki, karantin qaydalarına əməl etsinlər, tələb olunan yerlərdə maskadan istifadə etsinlər”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında sədr Sahibə Qafarova deyib.
O bildirib ki, dünən baş nazir Əli Əsədov xalqa müraciət edib: “Son dövrlər vətəndaşların əksəriyyəti karantin qaydalarına əməl etmədiyinə görə yoluxanlarla sağalanlar arasında fərq artıb. Buna görə karantin qaydaları sərtləşdirilib. Deputatlardan, Milli Məclisin Aparatının və İşlər İdarəsinin əməkdaşlarından Operativ Qərargahın müəyyən etdiyi qaydalara əməl etməyi tələb edirəm”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu