Vahid Əhmədov baş nazirə müraciət etdi

“Rayonlarda örüş yerləri yerli əhalidən alınıb, kənar adamlara verilir. Buna son qoyulmalıdır”. 
Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Vahid Əhmədov deyib. 
O bildirib ki, örüş yerlərini ələ keçirən şəxslərin arxasında məmurlar dayanır. 
“Bu yaxınlarda Qubada örüş yerləri ilə bağlı ciddi narazılıq yaranmışdı. Biz çox çətinliklə həmin etirazı yatızdırdıq”, - deyə V.Əhmədov əlavə edib. 
Millət vəkili təklif edib ki, Baş nazir Əli Əsədov örüş yerləri ilə bağlı qərar imzalasın. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu