“Ermənilər xalq olaraq faşist ideologiyasına yoluxublar”

“Onlar SSRİ zamanında da öz körpələrinə "türk sənin düşmənindir", "Ermənilər dənizdən dənizə böyük Ermənistan qurmalıdır" "düşüncə"sini aşılayıblar”

“Bu da onların nə qədər xəstə təffəkkürlü olduğunun göstəricisidir”



“Cənab Prezident İlham Əliyev hər zaman açıq şəkildə bəyan edib ki, Azərbaycanın ərazı bütölüyü heç zaman müzakirə predmeti olmayacaq”.

Bu sözləri “Sherg.az”a açıqlamasında BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib.

Partiya rəhbəri bildirib ki, Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır və heç zaman ermənilər özlərinin ikinci dövlətini Azərbaycan ərazisində qura bilməyəcəklər: 

“Dövlət başçısı bunu tək Azərbaycan cəmiyyətinə deyil, dünyanın ən güclü aparıcı dövlətlərinə, istər Rusiya, istər ABŞ prezidentiləri, o cümlədən beynəlxalq təşkilatların rəhbərləri ilə görüşünlərində bəyan edib. Prezidentin mövqeyi hər zaman dövlət və milli maraqlarımızın müdafiəsinin qorunmasına yönəlib. Bir çox hallarda ölkə rəhbəri İlham Əliyev daxili aditoriya etdiyi çıxışı ilə bir sıra beynəlxalq qurumlara və ölkə rəhbərlərinə mesajını çatdırır.

Tam əminliklə bildirirəm ki, həmin şəxslər və qurumlar çox yaxşı bilir ki, Prezident İlham Əliyev heç vaxt erməilərə 1 sm torpağı bağışlamayacaq. Yaxşı bilirlər ki, hər gün aprel döyüşləri təkrarlana bilər. Prezident çox doğru olaraq qeyd etdi ki, Qarabağın azad olunması üçün indikindən daha güclü olmalıyıq. Uyğun vaxtda torpaqlarımızı azad etməliyik. Bütün bunlar o deməkdir ki, Azərbaycan heç zaman öz ərazisini güzəştə getməyəcək. Ermənilər bir xalq olaraq faşist ideologiyasına yoluxublar.

Onlar hətta SSRİ zamanında da öz körpələrinə "türk sənin düşmənindir", "Ermənilər dənizdən dənizə böyük Ermənistan qurmalıdır" düşüncəsini aşılayıblar. Bu da onların nə qədər xəstə təffəkkürlü olduğunun göstəricisidir. Baş nazir Paşinyanın babasının alman faşistləri ilə bir cərgədə yer alması və Ermənistanda faşistə abidə üçaldılması heç də təsadüfi deyil. Bu faşist ermənilər suyumuzu da kəsirlər. Bunlar üçün heç bir bəşəri dəyər yoxdur”.

N.Orduxanlının sözlərinə görə, cənab Prezidentin çıxışı tək Azərbaycan auditoriyası üçün deyil. Onun çıxışını bütün dünya izləyir: 

“Prezident İlham Əliyev hamıya bəyan etdi ki, İrəvan qədim Azərbaycan torpağı olub. Bununla mesaj verir ki, hətta o dövrdə Azərbaycanın ərazisi olan İrəvanın Ermənistana verilməsinə etiraz edən Prezident üçün Dağlıq Qarabağın güzəşt olunmasından heç bir halda söhbət gedə bilməz. Ölkə rəhbərinin birinci sözü bununla başlayır ki, biz Azərbaycan Xalq Cümhuriyyəti ilə qurur duyuruq! Bundan sonra da deyir ki, İrəvanın ermənilərə verilməsi bağışlanmazdır. Bunu bəyan edən bir dövlət adamına qarşı aparılan kampaniyanın hansı məqsədlə həyata keçirildiyini görməmək mümkün deyil..”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu