“Azərbaycan ərazi bütövlüyünü dünyaya qəbul etdirə bilib” 

“Ən mötəbər beynəlxalq müstəvilərdə ölkəmizin ərazi bütövlüyü daha açıq bəyənatlarla dəstəklənməkdədir”


“Ölkə rəhbəri bütün görüşlərində Ermənistan-Azərbaycan münasibətləri, Dağlıq qarabağ münaqişəsinə toxunur.  Bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsi istiqamətində həyata keçirilən strategiyadan bəhs edir. Eyni zamanda münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllininə xüsusi diqqət çəkir”. 

Bu sözləri millət vəkili, politoloq Elşad Mirbəşiroğlu  “Sherg.az”a Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunduğu məsələləri şərh edərkən deyib.

Son illərdə müşahidə olunan reallığa əsaslanan millət vəkili deyib ki, Azərbaycan Respublikası münaqişə vəziyyətində belə özünün  iqtisadi –siyasi-hərbi potensialını gücləndirir:

 “Azərbaycan prezidentinin hücum diplomatiyası sahəsində ən mötəbər beynəlxalq müstəvilərdə ölkəmizin ərazi bütövlüyü daha açıq bəyənatlarla dəstəklənməkdədir. Münaqişənin dəstəklənməsinin yeganə şərti kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması prinsipi daha intensiv şəkildə səsləndirilir. Hədəfə çatmaq üçün rəsmi Bakı tərəfindən də ciddi səylər edilir. Hər şeydən öncə Azərbaycan özünün ədalətli mövqeyini beynəlxalq müstəvidə qəbul etdirə bilib.  Buna isə iqtisadi potensialını gücləndirmək, beynəlxalq iqtisadi əməkdaşlıq sistemində çox ciddi tərəfdaş,  ən yüksək investisiya mühitinə sahib olduğunu   təsdiq etməklə nail olub”. 

Bütün siyasi münasibətlərin kökündə iqtisadi amillərin dayandığını vurğulayan millət vəkili deyib ki, siyasi müttəfiqlik edən bütün dövlət iqtisadi platforma üzərindən çıxış edirlər.  Azərbaycan da öz iqtisadi potensialına söykənərək uğurlu siyasət formalaşdırıb:

“Bu münasibətlər fonunda da Azərbaycan həqiqətlərini, ərazi bütövlüyünü  dünyaya qəbul etdirə bilib.  Cənab prezidentin də qeyd etdiyi kimi Ermənistan-Azərbaycan  münaqişəsinin ədalətli tənzimlənməsi  bütün cəbhələrdə resurslarımız səfərbər edilib. Tarixi reallıqları dünya ictimaiyyətinə çatdırmaq xüsusi əhəmiyyət kəsb edir ki, bu proses şəxsən dövlət başçısı tərəfindən ən yüksək kürsülərdə həyata keçirilir .Bu isə bizim siyasi potensialımızı artırır, həm də mövqelərimizi gücləndirir”. 

Deputat hesab edir ki, Ermənistan – Azərbaycan münaqişəsinin  tənzimlənməsində Azərbaycanın haqq mövqeyini daha geniş auditoriyalara  çatdırmaq üçün ermənistanın işğalçı, faşist mahiyyətini beynəlxalq ictimaiyyətə  çatdırmaq lazımdır: 
“Bu istiqamətdə də ölkə prezidenti  əsaslı arqumentlərlə davamlı çıxışlar edib. Ən mötəbər kürsülərdə Ermənistanın açıq şəkildə fazimi dəstəklədiyini səsləndirib. Faşizmi bəşəriyyət üçün böyük bəla hesab edən prezident müasir dövrdə  faşizmin təbliğatının yolverilməz olduğunu diqqətə çatdırıb.  Doğurdan da indiki dövrdə faşizmi aktual saxlamaq sadəcə Cənubi Qafqaz üçün deyil, bütünlükdə dünya üçün təhlükə mənbəyidir”. 
“Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyinə dair ölkə başçısının diqtə etdiyi mövqe getdikcə daha intensiv səslənməkdədir.  Azərbaycanla əməkdaşlıq edən, eyni zamanda münaqişənin tənzimlənməsi prosesində vasitəçilik missiyasını həyata keçirən subyektlər Azərbaycanın ordusunun imkanları haqqında aydın təsəvvürlərə malikdirlər”- deyə E. Mirbəşiroğlu əlavə edib.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu