Prezidentdən nümunəvi addım: “Tibbi maskanın nə qədər vacib olduğunu göstərdi”

Prezident İlham Əliyev iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.
 Dövlət başçısına muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verilib. 
 Diqqətçəkən məqam Prezidentin açılışda tibbi maska ilə iştirak etməsidir. O, öz timsalında vətəndaşlar üçün nümunə olub.

 

Dövlət başçısının bu addımı ilə bağlı “Sherg.az”a münasibətini bildirən Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə hazırda hökumətin qarşısında duran əsas məqsədin insanların sağlamlığı olduğunu deyib:

“Tövsiyələrə, tələblərə əməl etmək lazımdır. Cənab İlham Əliyev  tibbi maskanın nə qədər vacib olduğunu göstərdi. Bəzilərinin məsuliyyətsiz davranışı təəssüfləndiricidir. Qaydaların sərtləşməsi də məhz etinasız yanaşmanın nəticəsidir. Zəruri addımlar atılmalı, laqeyd münasibətin qarşısı alınmalıdır”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu