“Böyük qayıdış” proqramı işə salınıb: “30 il əvvəlki səhvlərə yol verməyəcəyik”

“Qələbə uzaqda deyil, atılan hər bir addım tarixi qələbəyə hesablanıb”



Dünən Prezident İlham Əliyev Tərtər Olimpiya İdman kompleksinin açılışında iştirak edib. Dövlət başçısı çıxışında bir sıra taleyüklü məsələlərdən danışıb. Həmçinin vurğulanıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tarixi həqiqət, siyasi, hüquqi, iqtisadi, hərbi üstünlük, beynəlxalq dəstək kimi faktorlar  Azərbaycanın mövqeyini gücləndirir. 



 Politoloq Tofiq Abbasov “Sherg.az”a açıqlamasında deyib ki, sərhədyanı bölgələrimizdə quruculuq işlərinin aparılması məqsədyönlü addımlardır: 
“Ağdamın, Ağcabədinin bizdə olan hissələrində mövcud infrastruktur yenilənir, yaxşılaşır. Yerli əhali həyata keçirilən sosial-iqtisadi layihələrə görə çox sevinir, prezidentə minnətdarlıq edir. Tərtər Olimpiya idman kompleksinin açılışı da belə təşəbbüslərdən biri idi. Biz bir istiqamət üzrə yox, çoxşaxəli inkişaf yolundayıq. Daha 30 il əvvəlki səhvlərə yol verməyəcəyik. Ermənistan da bunu başa düşməli, xəyaldan, xəstə təfəkkürdən uzaqlaşaraq reallığa qayıtmalıdır. Düşmən başa düşməlidir ki, biz heç kimə torpaq verməyəcəyik. Ermənistanın atdığı hər bir təcavüzkar və təxribat xarakterli addım ona bəla gətirəcək”.

 Politoloqun fikrincə, qələbə uzaqda deyil: 

“Bütün bunlar “Böyük qayıdış” proqramına uyğun həyata keçirilir. Cocuq Mərcanlıda yaradılan həyat bölgələrimizdə də olacaq. Dağlıq Qarabağın bütün ərazilərində həyat çiçəklənəcək. Nəhayət ki, insanların üzü güləcək. Atılan hər bir addım tarixi qələbəyə hesablanıb”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu