Nənəsinin həyatını qurtardı: Dünya 3 yaşlı Dilarədən danışır - FOTOLAR


 Finlandiyada yaşayan 3 yaşlı Dilarə Gergin, beynə gedən damarları tıxandığı üçün huşunu itirən nənəsinin həyatını qurtararaq, bütün ölkənin gündəmi oldu.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Konyalı Abdullah və Finlandiyalı Erja Gergin cütlüyünün qızları valideynləri işlərində olduğuna  görə gündüzlər nənəsi ilə qalırdı. Günlərin birində Dilarə, halı pisləşən nənəsinin xəstəxanaya zamanında çatdırılmasına vəsilə olaraq onun həyatını qurtardı.
Vantaa şəhərində baş verən hadisədə, beynindəki iki damarın tıxanması nəticəsində huşunu itirən nənəsinin əvvəl yatdığını düşünən balaca qızcığaz daha sonra nənəsinin telefonundakı ilk nömrəni yığaraq bacısı Jasminlə əlaqə yaratgı. Bacısı da anasına xəbər verdi. Ünvana təcili yardım çağıran ailə, yaşlı qadının həyati təhlükəni sovuşdurmasına səbəb oldu. Kiçik qızın hərəkətləri qarşısında çaşdıqlarını bildirən  xəstəxana əməkdaşları əvvəl Dilarəni xəstəxanada gəzdirib, daha sonra ona oyuncaq təcili yardım hədiyyə ediblər.



Ana Erja Gergin açıqlamasında hər nə qədər uşaqların telefondan uzaq saxlanılması tövsiyə edilsə də, ilk yardım üçün təməl istifadənin öyrədilməsinin vacibliyinə işarə edərək, "Dilarə olmasaydı anam ölmüşdü" deyə bildirib.

Uşaqların yaxınlıqdakı mənfi şeyləri daha tez  hiss etdiyini söyləyən Gergin, ilk müdaxilənin əhəmiyyətli olduğu halında uşaqların həyat qurtara bildiyini vurğulayıb. Ata Abdullah Gergin isə Dilarənin hərəkətləri qarşısında həkimlərin də sanki şok olduğunu ifadə edərək, "Həkimlər ilk dəfə belə bir şeylə qarşılaşdıqlarını söylədi. Çox sevindilər. Dilarəyə təcili yardım maketi hədiyyə etdilər" deyib. 
Bu arada, yaşlı qadının da yenidən sağlamlığına qovuşub evinə döndüyü məlum olub.

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu