Deputat Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyadan DANIŞDI

“Cənab Prezidentin korrupsiyaya qarşı mübarizədə yorulmaz və qətiyyətli fəaliyyəti qarşıdakı dövr ərzində başlıca ilham mənbəyimiz olacaq”



“Milli Məclisdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərinin təyin ediliməsi haqqında məsələ müzakirəyə çıxarılıb. Qürur hissi ilə bildirmək istərdim ki, təsdiq olunmuş 5 komissiya üzvündən biri də mən oldum”. 
Bu barədə “Sherg.az”a millət vəkili Elşad Mirbəşiroğlu deyib. 
Deputat bildirib ki, Milli Məclis tərəfindən göstərilən bu etimad böyük şərəf olmaqla yanaşı, həm də üzərinə böyük məsuliyyət qoyur: 

“Başda Milli Məclisin rəhbərliyi olmaqla, məni bu vəzifəyə layiq görən, etimad göstərən bütün həmkarlarıma dərin minnətdarlığımı ifadə edirəm. Məlumat üçün qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası 3 mart 2004-ci il tarixində yaradılıb və korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir. Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın 5 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 5 üzvü Milli Məclis tərəfindən, 5 üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir. Komissiyasının üzvü təyin olunmağım qarşımda çox böyük vəzifələr qoyur”. 



Parlament üzvünün sözlərinə görə, əsas vəzifəsi Prezident İlham Əliyev tərəfindən korrupsiyaya qarşı həyata keçirilən sistemli islahatlara millət vəkili olaraq töhfə verməkdir: 

“Cənab Prezidentin korrupsiyaya qarşı mübarizədə yorulmaz və qətiyyətli fəaliyyəti qarşıdakı dövr ərzində başlıca ilham mənbəyimiz olacaq. Bu istiqamətdə ölkəmizin əldə etdiyi müsbət dinamikanın daha da möhkəmlənməsi və ölkəmizin beynəlxalq anti-korrupsiya reytinqlərində daha yaxşı mövqelərdə qərarlaşması üçün var gücümlə çalışacağam. Bu məsuliyyətli yolda birgə fəaliyyət göstərəcəyim hörmətli həmkarlarım Adil Əliyev, Əminə Ağazadə və Arzu Nağıyevə, eyni zamanda Milli Məclis Aparatının rəhbəri hörmətli Səfa Mirzəyevə uğurlar diləyirəm”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu