Üsul çox sadədir: “Tibbi maskalardan istifadə etməliyik”

Azərbaycanda son günlər yoluxma sayı pik həddə çatıb.  Koronavirus infeksiyasına gündəlik yoluxma faktı 300-ü keçir. Bu isə vətəndaşların sanitariya-gigiyena qaydalarına biganə yanaşmasının göstəricisidir. 

Bu səbəbdən iyunun 2-dən  epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr tətbiq ediləcək. 

Karantin rejiminin şərtləri yumşaldıqca yoluxma dinamikasının artması ictimaiyyətdə ciddi narahatlıq doğurur. 

Millət vəkili Aydın Hüseynovun sözlərinə görə,  vətəndaşların  biganəliyi davam etdiyi müddətdə  vəziyyət daha da ağırlaşa bilər.   Bunun qarşısını almağın yeganə yolu isə bizdən tələb olunan sadə bir prosedurdan- tibbi maskalardan istifadəyə əhəmiyyət verməkdən ibarətdir. 
Tibbi maskalardan istifadənin sağlamlığımızın qorunması  üçün mühüm şərt olduğunu vurğulayan millət vəkili hesab edir ki, ölkə Prezidenti İlham Əliyev də insanlarla görüşü, müxtəlif səfərləri zamanı tibbi maskadan istifadə edir. Bu bizim üçün bir nümunə, bir örnəkdir:  

"Ümumilikdə götürdükdə hər birimiz bir fərd kimi məsuliyyət daşıyırıq. Bizim çox sadə bir məsuliyyətsizliyimiz ümumilikdə böyük bir bəlaya çevrilə bilər. Konkret olaraq bilməliyik ki, bu gün elə bir proses baş verir ki, biz hər birimiz daha diqqətli və məsuliyyətli olmalıyıq. Əgər biz özümüzün, ailəmizin sağlamlığının qeydinə qalmaq istəyiriksə, çox sadə bir üsuldan - tibbi maskalardan istifadə etməliyik. Ölkə Prezidenti hər mövzuda olduğu kimi bu mövzuda da bizim üçün nümunədir".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu