Sakinlərdən Prezidentə məktub: “Göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq”

Koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi bir vaxtda Azərbaycan əhalisinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycan vətəndaşları dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Cəlilabad rayonunun sakinləri Firon Qasımov, Bəhruz Hüseynov və Qabil Mustafayev yazırlar: 

“Möhtərəm cənab Prezident, kəndlilərin çörəyi torpaqdan çıxır. Bu torpağı da bizə ulu öndərimiz Heydər Əliyev bağışlayıb. O vaxtdan bəri torpaqlarımızı əkib-becərir və müxtəlif növ kənd təsərrüfatı məhsulları istehsal edirik. Lakin təsərrüfatımızda əsas yeri kartof tutur. Biz məhsulumuzu Rusiyaya ixrac edərək ölkəmizə çoxlu vəsait cəlb edirik. Cənab Prezident, hər il olduğu kimi, bu il də Siz bu məsələdə bizə yaxından kömək etdiniz. Rusiyadan gələn maşınların ölkəmizə maneəsiz daxil olmasını təmin edərək məhsulumuzun xarici bazarlarda satılmasına şərait yaratdınız. Bu məsələdə heç bir problemimiz olmadı. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq, cənab Prezident! Allah Sizi qorusun! Sağ olun”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu