Dövlət rəhbərinə minnətdarlıq:“Azərbaycan xalqı Sizi sevir, Sizə inanır və güvənir”

Koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi bir vaxtda Azərbaycan əhalisinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycan vətəndaşları dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.
Bakının Yasamal rayonundan Gözəl Musayeva dövlət rəhbərinə yazır: 

“Azərbaycan xalqının əziz və hörmətli oğlu, mənim 62 yaşım var, birinci qrup əliləm. Sizin kimi Prezidentim olduğu üçün fəxr edirəm. Çünki Siz xalqın qayğısına qalırsınız, vətəndaşlara diqqət göstərirsiniz. Dünyanı lərzəyə salan koronavirusun ölkəmizdə geniş yayılmasının qarşısını aldınız, böyük fədakarlıq göstərərək xalqımızı ağır vəziyyətdən çıxardınız. Buna görə xalq Sizi alqışlayır. Sizin aztəminatlı insanlara, xəstələrə, imkansızlara kömək göstərilməsi barədə çağırışınız və bu istiqamətdə əməli işləriniz çoxlarına örnək oldu. Bir çoxları Sizdən nümunə götürərək ehtiyac içində olan insanlara kömək göstərməyə başladılar, xeyriyyəçilik etdilər. Bu amil bizi birliyə səsləyir, xalqımızın daha güclü, dövlətimizin daha qüdrətli olmasına zəmin yaradır. Hər kəs bir-birinə əl uzatsa, bir-birinin əlindən tutsa, sözsüz ki, dövlətimiz daha da güclənər. Hörmətli Prezident, Siz Azərbaycanı bütün dünyada tanıtmısınız. Azərbaycan xalqı Sizi sevir, Sizə inanır və güvənir. Bütün işlərinizdə Allah Sizə kömək olsun!”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu