Göyçaydan Prezidentə məktub var: “Gördüyünüz işləri çox bəyənir və təqdir edirik”

Koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi bir vaxtda Azərbaycan əhalisinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycan vətəndaşları dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.
Göyçay rayonunun sakinləri Akif Sərkərov, Əsgər Əkbərov, Tahir Əliyev və İlham Mustafayev dövlət rəhbərinə yazırlar: 
“Hörmətli cənab Prezident, bütün dünyanı bürüyən koronavirus (COVID-19) pandemiyası ölkəmizdən də yan keçmədi. Sizin rəhbərliyinizlə vaxtında həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində xalqımız bu bəlaya ilkin mərhələdə minimum itkilərlə qalib gəlməyə nail oldu. Karantin rejimi dövründə vətəndaşların sosial və digər yardımlarla təmin edilməsi üçün Sizin və Mehriban xanımın gördüyünüz işləri hər bir azərbaycanlı kimi, biz göyçaylılar da çox bəyənir və təqdir edirik. İş yerləri müvəqqəti bağlanmış fiziki və hüquqi şəxslərə kompensasiyaların, işsizlərə 190 manat birdəfəlik ödəmənin və ehtiyacı olan insanlara Heydər Əliyev Fondu tərəfindən ərzaq yardımlarının verilməsi Sizin və Mehriban xanımın qayğıkeşliyinizin bariz nümunələridir. Hörmətli cənab Prezident, yaşadığımız məhəllə Göyçay çayının sağ sahilində yerləşir. Sizin Sərəncamınıza əsasən Göyçay çayında aparılan məcradəyişmə, sahilbərkitmə işlərindən və yeni körpünün tikilməsindən sonra yaşadığımız ərazidə avtomobillərin hərəkəti intensivləşib. Avtomobil yolunda asfalt örtüyü olmadığı üçün yaranan toz kütləsi burada yaşayan insanlara ciddi narahatlıq yaradırdı. Bu məsələ ilə bağlı müraciətimizdən dərhal sonra qeyd olunan əraziyə 500 metr məsafədə asfalt örtüyü salınıb. Cənab Prezident, görülən və görüləcək işlərə görə sakinlər adından Sizə və Mehriban xanım Əliyevaya öz dərin təşəkkürümüzü bildiririk”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu