Liderə təşəkkür:“Siz xalqımıza həm maddi, həm də mənəvi dəstək oldunuz”

Koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi bir vaxtda Azərbaycan əhalisinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycan vətəndaşları dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.
Bakının Xəzər rayonundan Fatimə Həsənova ölkə başçısına məktubunda qeyd edir:
“Möhtərəm cənab Prezident, bu gün dünya dəhşətli pandemiya ilə mübarizə aparır. Dünyada hər gün minlərlə insan həlak olur. Lakin Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmiz pandemiya ilə mübarizədən alnıaçıq çıxmaqdadır. Yüksək təhlükəsizlik tədbirləri, xüsusi karantin rejiminin tətbiqi və vaxtında verdiyiniz digər bu kimi qərarlar təqdirəlayiqdir. Bu çətin dönəmdə aztəminatlı ailələri də unutmadınız, ərzaq yardımları və maddi yardımlarla bizi sevindirdiniz. Aprel və may aylarında aldığım 190 manat birdəfəlik müavinət bir işsiz vətəndaş kimi mənə çox kömək oldu. Cənab Prezident, Siz xalqımıza həm maddi, həm də mənəvi dəstək oldunuz. Allah Sizi və ailənizi qorusun, əziz Prezidentimiz! Sizinlə fəxr edirik”.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu