Ermənistanda koronavirusa yoluxan polislərin sayı AÇIQLANDI

Ermənistanda indiyədək 100-ə yaxın polis işçisi yeni növ koronavirusa (COVID-19) yoluxub.
APA-nın "armenpress"ə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Polis rəsi Arman Sarkisyan deyib.
"Epidemiya başlayandan bəri 100-ə yaxın polis əməkdaşı koronavirusa yoluxub. Həmçinin hazırda təcriddə olan əməkdaşlar da var. İnfeksiyaya yoluxanlardan bəzilərinin vəziyyəti ağır idi, ancaq onlar artıq sağalıblar", - A.Sarkisyan bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu