Koronavirusun müalicəsinə kömək edən preparat

“Famotidin” preparatının qəbulu koronavirusa yoluxan xəstələrin müalicəsinə müsbət təsir edir.

“RİA Novosti” xəbər verir ki, bununla bağlı “Gut” jurnalında alimlərin apardığı tədqiqatın yekunlarına dair məqalə dərc edilib.

Araşdırmada COVID-19-a yoluxmuş 10 xəstə iştirak edib. Onlar xəstəlik müddətində “Famotidin” qəbul ediblər.

Qeyd edək ki, “Famotidin” mədə qıcqırmasına qarşı istifadə olunan dərmandır.

Alimlər pasiyentlərin “Famotidin”in 80 milliqramlıq dozasını orta hesabla gündə üç dəfə, 11 gün ərzində qəbul etdiyini yazır.

On pasiyentin hamısı bildirib ki, “Famotidin”in qəbulundan sonra özlərini yaxşı hiss etməyə başlayıblar. Xəstələrin səhhətində yaxşılaşma əlamətləri ilk 24 saatda özünü büruzə verib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu