İlahiyyatçı hiddətləndi: “Kimsə ölməlidir ki, biz virusun varlığına inanaq?!” - Qorunaq !

“Koronavirus həqiqətdir, gəlin, “yoxdur” deyərək özümüzü aldatmayaq, ailəmizi, yaxınlarımızı bədbəxt etməyək”



“Bəzən insanları həqiqətə inandırmaq çox çətin olur”. 
Bunu “Sherg.az”a açıqlamasında AMEA-nın elmi işçisi, ilahiyyatçı-alim Əkrəm Həsənov deyib.
İlahiyyatçı bildirib ki, bəzi hallarda insanlar özlərinə çərçivə müəyyən edir və öz idealları ilə yaşayırlar: 

“Qurani-Kərimdə Allah inanmayanları “kor”, “kar” və “lal” adlandırır. İndi bəzi insanlar koronavirusa inanmır, xəstəliyin guya yalan olduğunu iddia edirlər. Onlar “xəstəlik yoxdur”, “yaxınlarımızdan tutan olmayıb”, “hamısı oyundur” və s. yanaşmalarla real təhlükəni inkar edirlər. Halbuki, ailəsində və yaxın qohumunda kimsə xəstəliyə tutulan kimi dərhal etiraf edir ki, koronavirus var imiş. Məgər mütləq özümüz, yaxud yaxınımız xəsətlənməli, ölməlidir ki, biz virusun varlığına inanaq?! Koronavirus həqiqətdir, gəlin, “yoxdur” deyərək özümüzü aldatmayaq, ailəmizi, yaxınlarımızı bədbəxt etməyək. Qorunaq. Mən öz fikirlərimi sosial şəbəkədə də yazıram, insanları maarifləndirməyə çalışıram”. 

İlahiyyatçı hesab edir ki, bu cür yanaşma savadsızlıqdan, məlumatsızlıqdan irəli gəlir:

"Bunun da zərərini hamımız çəkirik. Mümkün qədər həkimlər və mütəxəssislər tərəfindən ictimaiyyət marifləndirilməlidir. Vəziyyət ciddiləşdikcə, inkar edənlər də inanmağa başlayacaq. Hamımız birgə mübarizə aparsaq, deyilənlərə əməl etsək, Allahın yardımı ilə bu bəladan tezliklə xilas ola biləcəyik. Başqa çıxış yolu yoxdur”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu