Azərbaycanda koronavirusdan ən çox hansı yaş kateqoriyasından insanlar ölür? - FOTO

Azərbaycanda koronavirusdan ölənlərin yaş kateqoriyaları açıqlanıb. 
Oxu.Az xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Belə ki, ölkəmizdə koronavirusdan ölənlərin 43 faizi 60-69, 23 faizi 70-79, 18 faizi 50-59 yaş arası, 9 faizi 80 yaşdan yuxarı, 6 faizi 40-49, 1 faizi isə 30-39 yaş arası insanlardır. 
Koronavirusa yoluxlanların 54 faizini qadınlar, 46 faizini kişilər təşkil edir. 
Ümumilikdə, bu günə qədər Azərbaycanda 6860 yoluxma faktı qeydə alınıb. Onlardan 82 nəfər ölüb, 3871-i isə sağalıb. Hazırda ölkədə 2907 aktiv xəstə var. Azərbaycanda koronavirusla bağlı testlərin ümumi sayı isə 328 385-dir. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu