“Beynəlxalq hüquq, tarixi həqiqət bizim tərəfimizdədir”

“Ermənilər dəfələrə hiyləgərlik edərək Azərbaycan torpaqlarını işğal ediblər, qətllər törədiblər”

“Müxtəlif metodlardan istifadə edərək Qarabağı Azərbaycandan ayırmağa çalışırlar. Azərbaycan heç zaman buna imkan verməyəcək”



"Bu gün Ermənistan dünyada monoetnik və təcavüzkar dövlət kimi tanınır. Orada yaşayan digər bütün xalqlara qarşı dözümsüz münasibət var".  
Bu sözləri Sherg.aza millət vəkili Ceyhun Məmmədov deyib. 
Prezidentin haqlı olaraq AŞPA-nın saxta  anti-Azərbaycan siyasət yeritməsini sərt tənqid etdiyini vurğulayan deputat deyib ki, bu kimi yanaşmanın Azərbaycanla bağlı hesabatlarda açıq büruzə verdiyininin də dəfələrlə şahidi olub.
Ermənistanın terror dövləti olduğunu vurğulayan deputat qeyd edib ki,  ermənilər ötən əsrdə Azərbaycan xalqına qarşı bir neçə dəfə soyqırım törədiblər və bu gün də bu siyasəti davam etdirirlər:

"Hakimiyyətə də çox vaxt bu cür yollarla gəliblər. Hətta öz ölkələrinin rəhbərlərini belə qətlə yetiriblər. Buna baxmayaraq Avropa Şurası Ermənistanın bu siyasəti ilə bağlı qəti mövqe nümayiş etdirmir".

Ötən əsrin 80-ci illərində ermənilərin  Ermənistanda yaşayan bütün azərbaycanlıları oradan deportasiya etdiklərini  xatırladan C.Məmmədov 
 deyib ki, onlar Dağlıq Qarabağı işğal edərək Xocalı soyqırımını törədiblər. Bu, erməni vəhşiliyinin göstəricisidir. Bütün bunlar Avropa Şurasının gözü qarşısında baş verir. Ancaq niyə reaksiya verilmir?

Bu gün beynəlxalq hüquq, tarixi həqiqət bizim tərəfimizdədir. Ermənilər dəfələrə hiyləgərlik edərək Azərbaycan torpaqlarını işğal ediblər, qətllər törədiblər. Bu gün də müxtəlif metodlardan istifadə edərək Qarabağı Azərbaycandan ayırmağa çalışırlar.

Azərbaycan heç zaman buna imkan verməyəcək. Bu gün Azərbaycan sürətlə inkişaf edir. Bir çox regional və beynəlxalq layihələri uğurla icra edir. Ermənistan isə səfalət və aclıq içərisindədir. Getdikcə bu ölkədə iqtisadi böhran daha da dərinləşir.

Təəssüfki bu gün dünyada ikili standartlar  hökm sürür. Avropa Şurasının Azərbaycana qərəzli münasibəti birinci dəfə deyil müşahidə olunur. Dəfələrlə Azərbaycana qarşı ədalətsiz münasibət nümayiş etdirib, haqsız ola-ola Ermənistanı dəstəkləyiblər və bunu bütün dünyanın gözü görə-görə ediblər". 

Avropa Şurasının Parlament Assambleyasının  ikiüzlü siyasət yeritdiyini vurğulayan millət vəkili  deyib ki, bu qurum erməni lobbsinin təsiri altında fəaliyyət göstərir:

"Bütün beynəlxalq qurumlar Dağlıq Qarabağda keçirilən "seçki"ni pislədi,  təkcə bu qurumdan başqa. Bu məsələ özü-özlüyündə bir çox mətləblərdən xəbər verir. Bu gün bir sıra ölkələrdə polislərin vətəndaşlara sərt münasibətini açıq görürük. Döyürlər, gözlərini çıxarırlar, qətlə yetirirlər. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Bu məsələyə heç bir beynəlxalq qurum reaksiya vermir. Ancaq Azərbaycanda kiçik bir hadisə olan kimi böyüdürlər, Azərbaycanı sərt tənqid edirlər".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu