Liderə təşəkkür: “Xalqımızın üzləşdiyi çətin günlərdə həmişə çıxış yolu tapıb onu öz arxanızca aparmısınız”

Koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi bir vaxtda Azərbaycan əhalisinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycan vətəndaşları dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.
Goranboy rayonunun Eyvazlılar kəndindən Göyüş Nağıyev  dövlət başçısına məktubunda qeyd edir:

“Hörmətli cənab Prezident, biz fəxr edirik ki, Sizin kimi dövlət başçımız var. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olaraq Siz xalqımızın üzləşdiyi çətin günlərdə həmişə çıxış yolu tapıb onu öz arxanızca aparmısınız. Mən bir müharibə veteranı, iki tələbə valideyni kimi Sizin ölkəmizdə koronavirus pandemiyasına qarşı gördüyünüz tədbirləri dəstəkləyirəm. Sizin bu ilin mart ayında Goranboy Şəhər Mərkəzi Xəstəxanasının açılışını etməyiniz koronavirus dövründə atılmış böyük addımdır. Pandemiya dövründə ölkəmizdə aparılan dezinfeksiya işlərinə, aztəminatlı şəxslərə birdəfəlik yardımın edilməsinə, sosial baxımdan həssas ailə qrupuna daxil olan tələbələrə göstərdiyiniz yardıma görə Sizə minnətdarlıq etməyi özümə borc bilirəm. Şagirdlərin təhsildən kənar qalmamaları üçün onlarla onlayn dərslərin keçirilməsi, pandemiya dövründə müəllimlərin əməkhaqqının tam ödənilməsi Sizin qabaqcıl siyasətinizin bariz nümunələridir. Bütün bunlara görə xalq Sizə minnətdardır”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu