Sağlamlığımıza təhlükə ! – “Yenə də at, uzunqulaq, ölmüş və xəstə heyvan əti satılır”

Biləsuvarda insanlara mal əti yerinə at əti satılır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib. 

Əməliyyat zamanı Biləsuvar rayonunda ət tədarükü məntəqəsi yaradıb heyvan kəsimi sexi görüntüsü adı altında pərdələnərəkqidaya yararsız, ölüat və iri buynuzlu heyvan ətlərinin satışı ilə məşğul olan daha bir mütəşəkkil dəstənin üzvləri ifşa olunaraq məsuliyyətə cəlb ediliblər.

Dəfələrlə əhaliyə xəstə, ölü, eyni zamanda at və eşşək atı satan işbazlar saxlanılsa da, belə neqativ halların ardı-arası kəsilmir. Bu kimi hallarda əhalinin sağlamlığı təhlükə altına düşür. Buna baxmayaraq dələduzlar əməllərindən vaz keçmək bilmirlər.



Qida təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyev “Sherg.az”a açıqlamasında bildirib ki, bu məsələlər qanunvericilikdə öz əksini tapır. 
Ekspert bildirib ki, satışa göndərilən bütün ətlər əvvəlcə müayinədən keçirilir. Sonra bu ətlərin spesifik göstəricilərini təyin etmək üçün yoxlamalar aparılır: 

“Beləliklə ətin hansı heyvana məxsus olduğunu müəyyənləşdirmək olur. Ətlər kiloqramla yox, böyük cəmdək halında verilir. Ümumiyyətlə, satışa təqdim olunan ət cəmdək, yardımcəmdək və yaxud 4 yerə bölünmüş şəkildə olur. Təbii ki, böyük marketlər öz işlərini görürlər, ətlər analiz ediləndən sonra istehlaka buraxılır. Şəxsi təsərrüfatlarda isə ətlərin satışı zamanı bir az mücərrədlik var.

Məsələn, kənd yerində kimsə kəndin mərkəzində öz heyvanını kəsir və gətirib satır. Sabah bir başqası öz həyətində ya uzunqulaq, ya at, ya da ölmüş və xəstə heyvanı kəsir. Bu məsələlərə rayonlarda icra hakimiyyətləri, kəndlərdə isə kənd icra nümayəndəliyi tərəfindən nəzarətdə olmalıdır. QTA-nın bütün regionlarda şöbələri var. Şəhərdə QTA böyük mübarizə aparır, çox zaman da müvəfəqiyyətlər əldə edirlər”. 

E.Fərzəliyev bildirib ki, rayon və kənd icra nümayəndəliyində bu məsələyə baxılmırsa, o zaman insanlarına vicdanı böyük rol oynayır:

“Hər bir insan özünü həm alıcı, həm də satıcı qisminə qoymalıdır. Bu gün o ət satıcısıdırsa, sabah başqa məsulun alıcısıdır. Hansı ki, bu məhsul insana mənfi təsir göstərir. Bu məsələ mürəkkəb məsələdir, ona görə də vicdanla həll olunmalıdır. İnsanın vicdanı ən böyk qüvvədir ki, belə problemlərin həllində iştirak eləsin”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu