“Supermario” İtaliya klubunu tərk edir

İtaliyanın “Breşia” klubu Mario Balotelli ilə müqaviləyə xitam verilməsi barədə qərar qəbul edib.
Bu haqda “Transfermarkt” portalının eksperti, tanınmış italiyalı jurnalist Nikola Skira məlumat yayıb.
Müqavilə hər iki tərəfin razılığı əsasında pozulub.
Bir müddət əvvəl mətbuatda “Breşia”nın prezidenti Massimo Çellino ilə Mario Balotelli arasında qalmaqal yaşandığı yazılırdı.
Futbolçunun bir neçə dəfə məşqə gəlməməsi klub rəhbərliyini narazı salıb.
Xatırladaq ki, ötən yay “Breşia”ya keçən M.Balotellinin klubla müqaviləsinin müddəti 2022-ci ilin yayında başa çatmalı idi.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu