Yaponiyada işə velosipedlə gedənlərin sayı sürətlə artır


Koronavirus pandemiyası ilə əlaqədar Yaponiyanın paytaxtı Tokioda və digər şəhərlərdə ictimai nəqliyyatdan imtina edərək, hərəkət üçün velosipeddən istifadə edənlərin sayı sürətlə artır.

 AZƏRTAC bildirir ki, Tokioda yerləşən "Works Human Intelligence" informasiya texnologiyaları şirkəti fevraldan başlayaraq firmaların koronavirus pandemiyasına necə reaksiya verməsi barədə mütəmadi sorğular keçirir.

Bildirilir ki, fevral ayında sorğuya qatılan 146 firmanın əməkdaşlarının 26 faizinin işə velosipedlə gəldiyi məlum olub. Apreldə bu göstərici sorğuya cavab verən 127 firmada 46 faizə, ötən ay isə 152 firmada 64 faizə qalxıb.

Qeyd edək ki, Yaponiya dünyanın velosipeddən nəqliyyat vasitəsi kimi ən çox istifadə edən ölkələrindən biridir. Burada yaşından asılı olmayaraq, demək olar ki, hər bir sakinin fərdi velosipedi var.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu