Çində sutkada 6 aktiv koronavirus xəstəsi qeydə alınıb


Materik Çində son 24 saat ərzində 6 yeni koronavirusa yoluxma faktı və 5 asimptomatik xəstələr qeydə alınıb.

 Trend xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə Nazirliyi bildirib.

5 aktiv koronavirus xəstəsi xaricdən gəlib, Şanxayda isə bir daxili yoluxma hadisəsi aşkar edilib. Beş asimptomatik haldan dördü "idxal olunub".

Koronavirusla əlaqəli ölüm hadisəsi baş verməyib.

Keçən sutka ərzində 3 yeni aktiv koronavirusa yoluxma halı və 2 asimptomatik xəstə qeydə alınıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu