Qazaxda 10 yaşlı qızı avtomobil vurub


Qazax şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. 

Hərəkətdə olan avtomobil 10 yaşlı N.Həsənlini vurub. 

Müxtəlif bədən xəsarətləri alan piyada Qazax Müalicə Diaqnostika Mərkəzinə aparılıb və ona ilkin tibbi yardım göstərilib.

Daha sonra yaralı Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu