Heç çörək yeməyənlər depressiyaya düşürlər

Qaydasında qəbul edildikdə xeyirsiz qida yoxdur

2 günlük “Evdə qalın” yasağı əhalinin koronavirusdan qorunması üçün elan edildi. 
Amma “koronavirusdan qorunarkən çörək yeməkdən  xəstə olacağıq” düşüncəsi ilə 2 günlük çörək ehtiyatı tutanları qınayanlar da var. Böyük ehtimalla bu yanaşma cümə günü marketlərdə yaşanan çörək “bumu” ilə bağlıdır. Məlumdur ki, cümə günü əhalinin böyük qismi qarşıdakı 2 gün üçün çörək ehtiyatı gördü və gündəlik  - hər zamankı istifadədən daha çox çörək aldılar.


  Sosial şəbəkə istifadəçilərindən biri məhz bu mənzərədən çıxış edərək un məmulatlarının, xüsusən də çörəyin  ziyanlarından yazlıb: (Sevil Allahverdiyeva)  

-Çörəyin orqanizmə heç bir faydası yox, amma bolluca ziyanı var!
Niyə bu camaat çörək yeyir anlamıram. Çörək karbohidratdır, glutendir, gluten də ziyandır. Beyin alışqanlığıdır- guya çörəksiz yaşaya bilməz insan. Mədənizi glutensiz qidalarla, ərzaqlarla doldurun ki, sağlam olasız! Tərəvəzlərlə, yaşıllıqlarla bəslənin. İnsanı tox tutan yerkökü, paxlalılarla qidalanın ki, metobalizmanız işləsin. Ürək həkimindən tutmuş, dietoloqa qədər hamı, sağlam adam olsa belə un məhsullarından uzaq durmağı məsləhət edir. 

Feysbuk istifadəçisi yazır ki, 5 ildir nə çörək, nə lavaş, nə makaron yeyir:

-Və ömrümün 30 ildən çoxunu da çörək yediyim üçün təəsssüf hissi keçirirəm.  Çörəyin "vacibliyi" bu qədər şişirdildiyindən 2 gün evdə qalacaqlar, marketlər bağlı olacaq deyə camaat, bu  ziyanlı qida üçün marketlərdə bir birini əzir...  Müasir zamanda buğda un məhsullarının oqranizmdə şəkərə çevrilməsini tibb mütəxəssisi olmayan şəxs də belə bilir. Bu, orqanizmdə adi prosesdi; buğda, un məhsulları - yəni karbuhidrat şəkərə çevrilməklə qanda şəkərin miqdarının artmaslna səbəbdir, həm də qan damarlarını tıxayir, bədəndə toplanır.  Buna görə də çörək ziyanlı qidadır. Çörəkdən müharibələrdə çox istifadə edilib. Müharibədə sağlıqlı qidalar tapılmırdısa çörəklə camaatı ayaqda saxlayırdılar.  İndiki pandemiyada makaron, un məhsullarıyla camaat çölə çıxmayaraq tox qala bilir. Məsələn, mən çörək ehtiyatımı " LOBYADAN ÇÖRƏK" bişirərək ödəyirəm.  Lobyalı çörək, qarabaşaq çörəyini ev şəraitindən özüm bişirməklə sağlam və gümrah qalıram. 
Gulhuseyn Kazimov  adlı istifadəçi isə belə cavab yazıb: 
-Qara ciyər çörəklə qidalanır. Namiq Abdullayev var idi, fantast yazıçı, o həmişə bu sözü deyərdi.
Bəhriyyə  Seyidova isə çörəksizliyin depressiyaya səbəb olduğunu xatırladıb: 
- Bir qadın var idi, daima depressiyada olurdu. Həkim müayinəsində məlum olub ki, qadın heç çörək yemir. Hər şeyi çörəksiz. Və həkim məsləhət görüb ki, az miqdar da olsa hər gün mütləq çörək yeməlidir. Çörəkdəki müəyyən elementlərin əsəb sisteminə xeyiri var. Yəni ki qaydasında qəbul edildikdə xeyirsiz qida yoxdur.

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu