"İnsanlarda polis, həkim və ölüm fobiyası yaranıb" - Psixoloq

Məlumdur ki, ölkəmizdə bu həftə sonu bütün hərəkət məhdudlaşdırıldı. Vətəndaşların küçəyə çıxması tamamilə qadağan olunub. Karantin rejimi mart ayından tətbiq olunsa da, həftə sonu daha da sərt qaydalar qoyulub.

Ümumiyyətlə, pandemiyanın bir çoxlarına mənfi təsir etdiyi məlumdur. Xüsusilə psixoloji durumunda həssaslığı olan şəxslər bu dövrü çətin keçirir. Həftə sonu hərəkətin tam məhdudlaşması isə onlara ikiqat mənfi təsirini göstərməkdədir. Bununla bağlı sosial şəbəkələrdə də məlumat yer alıb. Əhalinin bir qismi qırarlardan narazıdır. Hətta istifadəçilərdən biri - Validə Məmmədova  paylaşım edərək mövcud duruma nifrətini bildirib:
 
“Dostlar, bu koronavirus keçib gedəcək! Bəs mənə dəyən zərbə necə olacaq? Heç panik atak xəstələrini düşünən oldu? Niyə 10 dəqiqədən bir dərman içməliyəm? Zatən 103 dən gözünüzü çəkin, o belə xəstələrə baxmır, yalnız qızdırman olmalıdır gəlib aparsın. Məni vahimə basır, sakitlik olan yerdə. Anlayırsız? 2 ay belə davam etsə, mənim kimi insanlar koronadan yox, panik atakdan öləcək. Aptek bağlanmamalı idi. Anlayırsız? Düşdüyümüz vəziyyətə nifrətim sonsuzdur!”.


Baş verənləri “Sherg.az”a dəyərləndirən psixoloq Fərqanə Mehmanqızı bildirib ki, xəstəliyin bu qədər yayılması  yeni panik ataklar, fobiyalar və depressiyalar yaradacaq. 


Psixoloqun sözlərinə görə, insanlarda polis, həkim və ölüm fobiyası yaranıb:

“Belə vəziyyətdə koronavirus xəstəliyindən əziyyət çəkənlərin xəstəlik dərəcəsi artır. Uşaqlar adi polisi görəndə stressə düşürlər. Çünki evlərdə bu barədə o qədər danışılır ki. Təcili tibbi yardım görəndə insanlar düşünür ki, xəstəlik mənbəyidir”. 

F.Mehmanqızı bildirib ki, koronavirus kimi müxtəlif xəstəliklər var. Sadəcə olaraq xəstəliyin bu qədər təbliğatı, açıq şəkildə və qorxulu ifadələrdə səsləndirilməsi insanlarda panika yaradır:

“İnsanlar fikiləşirlər ki, aptek və ya mağaza işləmir. Bu, artıq psixoloji bir hal yaradırdır. Əhalidə panika və fobiya yaranır ki, “birdən mənə nəsə olar”. Qərarların tez-tez dəyişməsi də insanlarda güvənsizlik yaradır. Düşünürəm ki, karantin və pandemiya bitəndən sonra insanların psixoloji durumu ilə çox əlləşəcəyik".


Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu