Bakı-Sumqayıt yolunda tıxac: "Sərnişinlər mənzil başına piyada..." - Fotolar

Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb. "Sherg az" ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə buna  "Xırdalan dairəsi" adlanan yerdə aparılan təmir-tikinti işləri səbəb olub.

Yolların genişləndirilməsi məqsədilə aparılan qazıntı işləri üzündən yolda avtomobillərin hərəkəti tamamilə dayanıb. Bir saatdan çox tıxacda qalan sürücü və sərnişinlər avtomobilləri tərk edərək yollara tökülüşüblər. Gedəcəyi ünvan nisbətən yaxın olanlar mənzil başına  piyada addımlayırlar.

Qeyd edək ki,sərnişindaşıma avtobuslarında qalan sərnişinlər öldürücü koronavirus pandemiyasının bu halda daha geniş və sürətlə yoluxması ehtimalını nəzərə alaraq ciddi təşviş keçiriblər.

P.S. Doğrudan da bütün sərnişinlər ağız-ağıza, nəfəs-nəfəsə saatlarla avtobusda qalırsa, burada hansı izolyasiya və ya sosial məsafədən söhbət gedə bilər axı? Məgər bu da sərnişinlərin günahıdır ?! İndiki halda koronavirusun kütləvi şəkildə yayılması olduqca mümkün haldır və bunun səbəbkarı aidiyyəti dövlət qurumlarıdır. Sərnişinləri saatlarla tıxacda gözlətmək onların həyatını real təhlükəyə atmaqdır, eyni zamanda dövlətin koronavirusa qarşı effektiv tədbirlər planına kölgə salmaqdır. Aidiyyəti qurumlar nəticə çıxarmalıdırlar,  təbii ki, istəyirlərsə...

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu