Deputatın “Avtomobilsiz gün" təklifinə münasibət: “Özü buna əməl edib, nümunə ola bilər”

"İki gün evdə qalmağımız COVİD-19 virusunun yayılmasının əhəmiyyətli dərəcədə qarşısını almaqla yanaşı, ətraf mühitə də müsbət təsir edir". Bunu Milli Məclisin deputatı Emin Hacıyev deyib. O, həftədə bir dəfə “Avtomobilsiz gün”ün elan olnmasını təklif edim: “Təbiətə vurulan ziyanın böyük hissəsi avtomobil mühərriklərinin payına düşür. Onun əsas mənfi təsirlərini sadalasaq, ilk növbədə iqlim deyişikliyi, hava, su və torpağın çirklənməsi, və, təbii ki, insan sağlamlığıdır. Alimlərin hesablamalarına görə qlobal istiliyin tədricən artacağı və hətta 2100-cü ilə qədər dünyada hava hərarətinin 6 dərəcə çox olacağı bildirilir. Son günlərin ən çox müzakirə olunan mövzularından olan dünyada və, eləcə də ölkəmizdə su qıtlığı, və bundan irəli gələn yararsız torpaqların payının artmasının qarşısını indi almasaq, sabah çox gec olacaq. Ümumiyyətlə, təklif edərdim ki, həftədə 1 gün "Avtomobilsiz gün" elan olunsun. Əlbəttə, söhbət şəxsi avto vasitələrdən gedir”. 

 Deputatın  təklifini “Sherg.az”a qiymətləndirən nəqliyyat eksperti, “Avtosfer.az”  saytının baş redaktoru Elməddin Muradlı düşünür ki, bu, müsbət nəticələrə səbəb ola bilər:

“Əlbəttə, təqdirəlayiq təşəbbüsdür. Bu, birbaşa olaraq insanların sağlamlığına, ekologiyanın təmizliyinə hesablanıb. Beynəlxalq təşkilatlar müntəzəm olaraq bu istiqamətdə işlər görür, addımlar atırlar”. 
 
 Ekspertin fikrincə, cəmiyyətin səslənən təklifi qəbul etməsi üçün şərait yaradılmalıdır:

“Əvvəla, onu deyim ki, bütün insanlarımızın bunu bacaracaqlarına, avtomobillərindən bir günlük imtina edəcəklərinə inanmıram. Amma avtomobilləri velosipedlə əvəz etmək olar. Bunun üçün isə velosipedlərin hərəkəti üçün xüsusi yol olmalıdır. Azərbaycanda hələ ki, bu təcrübədən istifadə olunmur. Həm də hörmətli millət vəkilimiz özü də təklifinə əməl etməklə cəmiyyətə nümunə ola bilər”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu