Kişilərin də üzünə “gün doğdu”: “14 gün atalıq məzuniyyəti...”

Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni qanun layihəsində əmək məzuniyyətləri ilə bağlı yeni təkliflər əksini tapır.

Qurumdan verilən məlumata görə, təkliflərdən biri - Əmək Məcəlləsinin 125-ci maddəsinə dəyişiklik edilməklə, hamiləliyə və doğuşa görə həyat yoldaşı məzuniyyətdə olan kişilərə doğuş gününə təsadüf edən ərəfədə səhiyyə müəssisəsinin arayışı əsasında 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsidir. 

Təcrübədə bəzi hallarda işçilər əmək məzuniyyətindən istifadə etmir. Bu da uzun illər yığılmış istifadə edilməmiş məzuniyyətlərə görə sonralar kompensasiyanın ödənilməsində işəgötürən üçün iqtisadi çətinlik yaranmasına səbəb olur.



Ona görə də Məcəlləyə daha bir təklifdə işçilərin əmək məzuniyyətinin əsas hissəsindən iş ili ərzində mütləq istifadə etmələri tələbi yer alıb.
 QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov  “Sherg.az”a açıqlamasında bunun müsbət təşəbbüs olduğunu dedi: 

“Hamiləlik və doğuş və qismən ödənişli sosial məzuniyyət olmaqla məzuniyyətin iki növü var. Əmək qanunvericiliyinə əsasən kişinin qismən ödənişli sosial məzuniyyət götürməyə ixtiyarı var idi. İndi isə kişi həyat yoldaşının hamiləlik dövründə də 14 günlük məzuniyyət götürə bilər. Əslində faktiki olaraq müəssisə rəhbərliyi bu cür hallarda güzəştə gedirdi. Amma daha qanunvericiliklə təsdiqlənəcək. Təklif Əmək məcəlləsinə yamaq olsa da, yaxşıdır”. 

S. Məmmədov Əmək məcəlləsinin yenidən hazırlanmasını labüd hesab edir:

 “Niyə “yamaq” deyirəm? Çünki Əmək məcəlləsi yenidən hazırlanmalıdır. Qanuna yamaq  Hazırkı qanunvericilik disfunksionaldır, yəni işlək deyil. Həm də müasir iqtisadi münasibətləri tənzimləyə bilmir. Təsəvvür edin, 1994-95-ci illərdə hazırlanan bu məcəllədə “müəssisə” deyəndə ancaq zavod, fabrik nəzərdə tutulut, fiziki şəxs anlayışından isə ümumiyyətlə söhbət getmir. Deməli, məcəllənin tamamilə dəyişilməsi günün tələbidir”. 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu