Virusla mübarizəyə dair tövsiyə: «Soyuqqanlı olmaqda fayda var»

«Vətəndaşlarımız bir az da səbirli və dözümlü olsalar, tez bir zamanda gözəgörünməz düşmənə qalib gələ bilərik”



“İndiki durum bizə tanış olmayan bir situasiyadır. Odur ki, nə qədər şübhə ilə yanaşsaq da, ehtiyatlı, diqqətli olmalı, özümüzü qorumalıyıq”.
Bu sözləri «Sherg.az»a  tanınmış jurnalist Aygün Muradxanlı karantin qaydalarına əməl etməklə bağlı danışarkən söyləyib.
Onun fikrincə, üzləşdiyimiz sınaqdan uğurla çıxmaq naminə vətəndaş hökumətə kömək etməlidir: 

“Dövlət minimum itki vermək məqsədilə  ciddi tədirlər həyata keçirdi. Nəticələrini də gördük. Azərbaycanda vəziyyət qonşu İrandakından, Rusiyadakındna qat-qat yaxşıdır.  Əgər vətəndaşlarımız bir az da səbirli və dözümlü olsalar, tez bir zamanda gözəgörünməz düşmənə qalib gələ bilərik”.

A.Muradxanlı, həmçinin bildirib ki, bizdən tələb olunan əsas xüsusiyyət təmkindir: 

“Bilirəm, yazdır. İnsanlar evdə otura bilmirlər. Orqanizm üçün təmiz havanın, günəşin, D vitamininin  nə qədər vacib olduğunu da anlayıram. Fəqət sağlamlıq daha vacibdir. Şəxsən mən də, ailəmiz də zərurət olmadığı halda evdən çölə çıxmırıq. Çoxları şənbə, bazar günləri evdən çölə çıxmaq qadağasına görə narahatlıq keçirirlər. Lakin soyuqqanlı olmaqda fayda var. Bizdən əvvəl Türkiyə bu təcrübədən istifadə etdi. Və şükürlər olsun ki, onlarda yoluxma statistikası artıq xeyli aşağı düşüb. Deməli, yaxın zamanda bizim də üzümüzə günəş doğacaq”. 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu