DİQQƏT ! - “Abşeron yarımadasında gürzə ilanı çoxdur” - Zoologiya İnstitutu

“Bu növ ilanlar hər zaman Abşeronda olub, hər il də sancmalar baş verir”

“İnsanlar bilməlidirlər ki, həyətyanı sahələrdə ilanlar olur, ona görə də ehtiyatlı davranmalıdırlar” 


Son günlərdə ilan sancmalarının sayı artır. Artıq bölgələrdə çoxsaylı ilan sancması halı qeydə alınmaqdadır. 
Yayda xüsusilə gürzələrin fəallıq dövrü başlayır. Bu günlərdə Abşeron rayonunda ilanlar hətta bir neçə ailəni evindən didərgin salıb. Eyni zamanda Yevlax sakinini də gürzə ilanı sancıb.

Göründüyü kimi, ilan sancmaları ilə bağlı durum olduqca ciddidir.  Bu baxımdan əhalinin diqqətli olmasında fayda  var.



AMEA Zoologiya İnstitutunda Zooloji muzeyin müdiri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova “Sherg.az”a açıqlamasında bildirib ki, yay ayından ilanların fəallaşmasına səbəb onların qışda qış yuxusunda olmasıdır.
Onun sözlərinə görə, ilanlar mart ayından, yəni havalar isinəndən noyabr ayına qədər aktivləşirlər:

“Qışda havalar mülayim keçdiyi zaman da ilanların fəallığını müşahidə etmək olar. İlanlar aktiv dövrlərində qidalanırlar, çoxalırlar və müəyyən prosesləri həyata keçirmək üçün fəallaşırlar. 

İlanların arial olaraq ən çox yayıldıqları ərazilər var. İlanlar gizli həyat tərzi keçirdikləri üçün uzun müddət insanlarla bir yerdə yaşaya bilir. Bəziləri gizlənir, bir çoxları axşamlar üzə çıxır. Gizli həyat tərzi keçirdikəri üçün isə insanlar ilanları çox öldürə bilmirlər. Əvvəllər Bakı şəhərində insanlar çox olmayan yerlərdə ilan növləri çox idi.

Məlumdur ki, indi həmin ərazilərdə bağ evləri salınıb, yaşayış kompleksləri tikilib. Aydın məsələdir ki, həmin ərazilərdə ilanların olması mümkündür. Bu ərazilərdə ildən-ilə insanların sayı artıqca onlar ilanları öldürür və həmin yerlərdə say azala bilir”.

S.Bünyatova bildirib ki, müəyyən qəsəbələrdə, həyətyanı böyük ərazilərdə ilanların müxtəlif növləri olur:

“Abşeron dənizkənara yer olduğu üçün orada su ilanlarının sayı çox ola bilir. Abşeron yarımadasında gürzə ilanı çoxdur. Bu növ ilanlar hər zaman Abşeronda olub, hər il də sancmalar baş verir. İnsanlar bilməlidirlər ki, həyətyanı sahələrdə ilanlar olur, ona görə də ehtiyatlı davranmalıdırlar”. 

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu