“Çörəyi olmayana çörək alan Azərbaycan polisi deyildimi?!” – Ritorik sual 

İnsanların həyatını, sağlamlığını təhdid edən pandemiya təhlükəsinin  aktual olduğu  belə bir şəraitdə dövlət tərəfindən həyata keçirilən tədbirlərlə yanaşı, hər bir şəxsin vətəndaş məsuliyyəti ilə hərəkət etməsi, yəni ictimai dəstək mexanizminin formalaşdırılması strateji əhəmiyyətə malikdir. 

Bu, milli təhlükəsizlik məsələsi olduğuna görə, ilk növbədə, milli həmrəylik, ictimai məsuliyyət tələb edir.  Yəni hər bir fərd müəyyən olunmuş konkret qaydaların - atılan addımların cəmiyyətin sağlamlığı, təhlükəli virusun neqativ təsirlərindən maksimum dərəcədə qorunmaq üçün olduğunu bilməli, anlayışlı yanaşma nümayiş etdirməlidir. Pandemiya ilə mübarizədə ön cəbhədə yer alan Azərbaycan polisi xidməti borcunu layiqincə yerinə yetirir,  böyük fədakarlıq nümunəsi ortaya qoymaqla bu prosesə mühüm töhfə vermiş olurlar. İstər karantin rejimi dövründə, istərsə də son günlər bəzi məhdudiyyətlərin yenidən tətbiq olunduğu hazırkı şəraitdə qaydalara əməl olunması, təhlükəsizliyin təmini istiqamətində uğurla fəaliyyət göstərən Azərbaycan polisi böyük fədakarlıq nümayiş etdirir. 



Mövzu ilə bağlı  sualımızı cavablandıran millət vəkili Ceyhun Məmmədov isə əvvəla bir çox dünya ölkələrinin pandemiya bəlası ilə üz-üzə qalmasına toxunub və bu infeksiyanın zərərlərindən danışıb. Bəşər övladının çox ciddi sınaq qarşısında olduğunu vurğulayan deputat deyib ki, bütün dövlətlər bu imtahandan üzüağ çıxmağa çalışırlar: 

"Azərbaycan ilk gündən pandemiyaya ilə mübarizə sahəsində operativ və adekvat qərarlar qəbul etdi. Son vaxtlar Azərbaycanın bir çox dövlət qurumları gərgin rejimdə fəaliyyət göstərirlər. Onlar arasında elələri var ki, aylardır nə gecələri var nə də gündüzləri. Neçə vaxtdır ailələri və övladları ilə kifayət qədər vaxt keçirə bilmirlər. Bunun nə qədər çətin olduğunu təsəvvür edirsinizmi? Bu dövlət qurumları arasında ən çox əziyyət çəkən, ağır yük daşıyan orqanlardan biri Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır". 

Millət vəkilinin sözlərinə görə, dünənki hadisədən sonra əksəriyyət polisi qınayan çıxışlar etdi, bəziləri həqarət yağdırdı. Hansı ki bütün məsələlər dövlətin diqqətindədir.  Dövlət hər bir məsələni araşdıracaq və lazım olan qərarları qəbul edəcək: 

"Sualım isə belədir. Polisə zibil atanları qınayan çox oldu yoxsa, dünən baş verənləri? Polsiə zibil atanları qınayan neçə status paylaşıldı? Bu gün polisi şiddətlə qınayan status yazan, konstitusiyaya və qanunlara istinad edən həmin insanlar polisə zibil və daş atanları qınayan status paylaşmışdımı? Bir sıra hallarda polisin bu qədər hədəfə alınmasında məqsəd nədir?

Bu gün hamımızın gözü qabağında bir sıra Qərb ölkələrində hüquq mühafizə orqanlarının insanlarla neçə davrandığını görürük. İnsanları döyür, gözünü çıxarır, üzərlərinə avtomobil sürür, qətlə yetirilirlər. Azərbaycan polisi isə ilk gündən insanlarla xoş rəftar etdi, maksimum səbr və nəzakət nümayiş etdirdi. Bu bir neçə gündə Azərbaycan polisini yaxını dünyasını dəyişən insanı həmin yerə aparan, ana olmağa hazırlaşan xanıma dəstək olan, quşlara və heyvanlara yem yedizdirən, çörəyi olmayana çörək alan gördük. Bunu edən Azərbaycan polisi deyildimi? Demokratik və sivil bir cəmiyyətdə yaşayırıq".

 Hər kəsin sərbəst fikir  bildirmək azadlığı olduğunu vurğulayan C. Məmmmədovun sözlərinə görə, biz eyni zamanda  dövlətçiliyi müdafiə etməli, dövlətin yanında olmalıyıq. İnsanların polisə daş və zibil atması bütün hallarda yol verilməzdir: 

"Müəyyən qüvvələrin bu hadisələri görükləməkdə və insanları qızışdırmaqda məqdədi isə dövlətçiliyi zəiflətməkdir. Hər birimiz diqqətli olmalıyıq. Bu gün bizə həmrəylik və birlik lazımdır. Polis də, müəllim də, həkim də bizimdir, düşmən deyil, sahib çıxmalıyıq. Məsuliyyət daşımadan bəyanat vermək, tənqid etmək, qərarlar çıxarmaq çox asanadır. Dövlət qurumlarının hansısa qərarına və davranışına fərqli yanşma ola bilər. Ancaq bunun kinə və nifrətə yönləndirilməsi yolverilməzdir".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu