“Ölkəmiz insanların sağlamlığı üçün aylardır mübarizə aparır”

“Bütün bu tədbirlərin məqsədi hədəfi infeksiyanın yayılmasının qarşısının alınması və qısa zamanda yox edilməsidir”



"Koronavirus pandemiyası təkcə Azərbaycanın yox, ümumi bəşəriyyətin bəlasına çevrilib. Bu, tək bizim və ya hansısa bir ölkənin problemi deyil, dünya ölkələrinin əksəriyyətinin mübarizə apardığı təbii təhlükədir".
 Bu sözləri “Sherg.az”a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, millət vəkili Müşfiq Cəfərov deyib.
Deputat qeyd edib ki, hələ infeksiya yayıldığı ilk günlərdən dövlət əhəmiyyətli və vacib tədbirlər həyata keçirilməyə başlanıb:

“Əhalinin rifahı və sağlamlığı konsepsiyasından çıxış edən ölkəmiz insanların sağlamlığı üçün aylardır mübarizə aparır, bütün qüvvələr bu yöndə səfərbər olub. Qonşu və Avropa dövlətlərinə nəzər salsaq görərik ki, orada da eyni proses gedir, dövlətlərin əksəriyyəti pandemiyadan əziyyət çəkir. Xəstəliyin qarşısını almaq məqsədilə dövlət tərəfindən ilk günlərdən təxirəsalınmaz və qətiyyətli tədbirlər görülür. Bütün bu tədbirlər infeksiyanın yayılmasının qarşısının alınması və qısa zamanda yox edilməsi üçündür".

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu