«Özümüzlə yanaşı, ətrafımızdakıları da düşünməliyik»

«Hər adamın yanına bir polis qoymaq olmaz. İnsanlar özləri məsuliyyətlərini dərk etməlidirlər»


Xüsusi karantin rejimi hələ ki, davam edir. Amma, deyəsən, bir çox vətəndaş üçün bu rejim heç başlamamışdı da. Bəziləri nə tibbi maska taxır, nə də sosial məsafəni qoruyurlar. Onlara  deyilənlərin sadəcə zarafatdan başqa bir şey olmadığını düşünürlər.

Yoxsa, həyatları, sağlamlıqları ilə oynayarlar?! Fəqət, təəssüf ki, koronavirus zarafat deyil, təhlükəli, hiyləgər bir düşməndir...



Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev “Sherg.az” a açıqlamasında məsuliyyətsiz vətəndaşlardan narazılığını ifadə edib: 
“Koronavirusla mübarizənin birinci mərhələsindən Azərbaycan uğurla çıxdı. Bütün təbəqədən olan insanlara, o cümlədən sahibkarlara yardım edildi. Hətta dünya ölkələri də bizim təcrübəmizdən istifadə etdilər. Lakin  insanların məsuliyyətsiz davranışlarına görə, biz bu tendensiyanı sona kimi qoruya bilmədik, yoluxanların sayı artdı. İndi daha diqqətli olmaq lazımdır. Özümüzlə yanaşı, ətrafımızdakıları da düşünməliyik. Hər adamın yanına bir polis qoymaq olmaz. İnsanlar özləri məsuliyyətlərini dərk etməlidirlər. Dövlət başçısının da nümunəsində gördük ki, tibbi maskadan istifadə etmək nə qədər vacibdir. Bu, vətəndaşlıq məsələsidir”. 


Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu