“Avtobuslarda kondisioner işləməyəcək” – NİYƏ ? 

“TƏBİB və BNA belə bir anlaşma əldə edib ki, avtobuslarda kondisionerlər sönülü vəziyyətdə olsun"


“Kiminsə “kondisionerlər mütləq yandırılmalıdır” deməyi düzgün deyil Dövlət qərarlar qəbul edirsə, əhali də buna əməl etməlidir”


Havaların istiləşməsi ictimai nəqliyyatda kondisioner problemini yenidən aktuallaşdırdı. Bu problem həm ictimai nəqliyyatdan istifadə edən sərnişinləri narahat edir, həm də avtobus sürücülərinin özlərini. Avtobuslarda nəfəs almaq olmur, günün pik saatlarında sərnişinlər qan- tərə batırlar. 



Problemlə bağlı “Sherg.az”a danışan “Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu gün Bakı Nəqliyyat Agentliyi TƏBİB-lə birlikdə müzakirələr aparıb və nəticəyə gəliblər ki, avtobuslarda kondisionerlərdən istifadə edilməsin. 

Ekspertin sözlərinə görə, səbəb olaraq koronavirusun yayılma təhlükəsini göstərirlər:

“Bu gündən etibarən heç bir avtobusda kondisioner işləməyəcək. Qərar nə dərəcədə doğru və yaxud yanlışdır deyə bilmərik. Amma mütəxəssislər rəy veriblər ki, havalandırma sistemi virusun yayılmasına müəyyən təsir göstərir. Ona görə də TƏBİB və BNA belə bir anlaşma əldə edib ki, avtobuslarda kondisionerlər sönülü vəziyyətdə olsun”.

E.Muradlı bu qərarın mənfi reaksiyalara, müxtəlif problemlərə səbəb olacağını da diqqətə çatdırıb:

“Sadəcə əhalinin bu məsələyə yanaşması, bir az səbrli və təmkinli olması lazımdır. Düşünürəm ki, hər bir halda qərarlar təhlil aparılmaqla verilir. Bunu normal qarşılamaq və qaydalara əməl etmək lazımdır. Çünki bu addımlar müsbət nəticəsini verəcək. Kiminsə “kondisionerlər mütləq yandırılmalıdır” deməyi düzgün deyil. Hər halda dövlət tərəfindən qərarlar qəbul olunursa, əhali də buna əməl etməlidir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu