Koronavirus Ermənistanı çökdürür: “Əhalinin qayğısına qala bilmirlər”

İşğalçı Ermənistanda koronavirus özünü daha kəskin şəkildə göstərir. Nəzarətdən çıxan  pandemiya düşmən ölkədə həyəcan doğurmağa başlayıb. Bu günə qədər Ermənstanda 14 min 700 -ə yaxın adam  koronavirusa yoluxub. 
 Bu isə o deməkdir ki, Ermənistanda koronavirusun sürətlə yayılması barədə yayılan məlumatlar həqiqəti əks etdirir.

Ermənistan COVID-19 koronavirus infeksiyası ilə mübarizə edən və uduzan ölkələrin sırasına düşmək üçün bütün şanslarını qoruyub-saxlamaqdadır. Bunu Ermənistanın Səhiyyə Nazirliyinin beynəlxalq tərəfdaşlarına koronavirus infeksiyası ilə mübarizədə kömək üçün ünvanladığı müraciət  də sübut edir.

Daha əvvəl isə Litva və Gürcüstanın Ermənistana həkim və mütəxəssislər göndərəcəyi barədə yayılan xəbərlərin şahidi olmuşduq.



Millət vəkili Elman Məmmədov isə hesab edir ki, koronavirusla effektiv mübarizə aparmaq,  problemin qarşısını almaq üçün dövlətin öz vətəndaşlarına xüsusi diqqət və  qayğısı olmalıdır:

“Amma Ermənistandakı acınacaqlı vəziyyət onu göstərir ki, işğalçı ölkə hökuməti öz vətəndaşlarının qayğısına qalmır, qala bilmir.  Azərbaycanda isə dövlət ən yüksək səviyyədə virusla mübarizə aparır və lazımi tədbirləri görür. Bunun nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkəmizin koronavirusla mübarizə sahəsində gördüyü tədbirləri yüksək qiymətləndirib”.

Onun sözlərinə görə, iqtisadiyyatı çökmüş, ordusunun təchizat və təminatı demək olar ki, sıfır vəziyyətində olan Ermənistanda isə virusa qarşı mübarizə təbii ki, lazımi səviyyədə aparıla bilməz:

"Dünyadakı hər kəs bunun ciddi bir təhlükə olduğunu başa düşür, fərqli ölkələrdə fövqəladə vəziyyət rejimi tətbiq olunur, Ermənistanda isə virusa qarşı mübarizə ibtidai  səviyyədə aparılır".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu