“Münaqişəni hərbi əməliyyatlarla kökündən həll etməliyik” – AKTUAL ŞƏRH 

“Bu zaman beynəlxalq sənədlərə əsaslanmalıyıq”

“Özü də çox yaxşı olar ki, hərbi əməliyyatlar anti-terror xaraketi daşısın” 




Bir müddət öncə  Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanat yayıblar. 

 Ermənistanın öz infrastukturunu dəyişdiyi və qeyri-qanuni məskunlaşma həyata keçirdiyi bəyanatda qeyd olunur. Göstərilir ki, Avropa təsisatları bütün bunların fərqindədirlər.

 Bununla bağlı “Sherg.az”a danışan bildirən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəylinimn fikrincə, Ermənistanın istəyi göz qabağındadır:

“Bir müddət əvvəl Şuşada  keçirilən “inaqurasiya” mərasimi, həmçinin Dağlıq Qarabağa üçüncü yolun çəkilişi, yeni şəhərciklərin salınması, oraya Livandan, Suriyadan ermənilərin köçürülməsi onu deməyə əsas verir ki, düşmən işğal altında olan torpaqlarımızı tamamilə erməniləşdirmək və buranın müstəqilliyini elan etmək istəyir. Azərbaycanın bütün bunlara adekvat cavab verib-verməməsi başqa mövzudur. Amma üçüncü yolun çəkilməsi məsələsi beynəlxalq aləmdə müzakirəyə çıxarıldı. Biz elə etməliyik ki, düşmənlərin arzusu ürəyində qalsın”. 

 Ə. Əlibəyli düşünür ki, mənfur qonşumuza qarşı ciddi mübarizə aparmalıyıq:

“İlk növbədə beynəlxalq hüququn imkanlarından istifadə etməklə hüquqi və diplomatik qaydada lazımi tədbirlər görməliyik. Fəqət, bu  yolla hər hansısa nəticəyə nail ola biləcəyimiz o qədər də real deyil. Deməli, hərbi əməliyyatlara başlayaraq, məsələni birdəfəlik, kökündən həll etməliyik. Biz bu zaman beynəlxalq sənədlərə əsaslanmalıyıq. Özü də çox yaxşı olar ki, hərbi əməliyyatlar anti-terror xaraketi daşısın”. 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu