Ermənistana zərbə ! - ”Torpaqlarımızı qanuniləşdirmək cəhdləri boşa çıxdı” Fiasko ! 

“Düşmənin bu niyyətinin mötəbər orqan tərəfindən pislənməsi Azərbaycanın siyasi-diplomatik mövqelərini bir qədər də möhkəmləndirdi”


Avropa Parlamenti Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi etiraz edib. Avropa Parlamentinin (AP) Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Besesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə bəyanat yayıb.


Sözügedən qərarı dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynovun “Sherg.az”a açıqlamasına görə, bəyanatda Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunub: 

"Bəyanatda yaxın vaxtlarda Ermənistan və Dağlıq Qarabağı birləşdirən üçüncü avtomobil yolunun inşasının tezliklə başlayacağı ilə bağlı etiraz ifadə olunur. Bu yeni yol infrastrukturu işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarını keçərək Ermənistanın Qafan rayonunu Dağlıq Qarabağın Hadrut rayonu ilə birləşdirəcək.



Bu magistralın inşası qərarı, Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan qəbul edilib və beynəlxalq hüquq pozulub. Bundan əlavə, bu addım Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını simvolik olaraq əhatə edə bilər. Bəyanatda, eyni zamandaATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərinə və onların 2009-cu ildə təsdiqlənən Əsas Prinsiplərinə dəstək ifadə olunub.

Vasitəçiliyin uğur qazanması üçün Avropa Parlamenti Ermənistan və Azərbaycan hakimiyyətlərini Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində münaqişənin sülh yolu ilə həllinə dair danışıqlara öz  öhdəliklərini gücləndirməyə çağırıb. 

Ermənistan işğal etdiyi Dağlıq Qarabağı nəqliyyat vasitəsilə birləşdirmək cəhdləri nüfuzlu və mötəbər orqan tərəfindən pislənməsi Azərbaycanın siyasi-diplomatik mövqelərini bir qədər də möhkəmləndirdi. Beləliklə, növbəti dəfə Ermənistanın işğal etdikləri torpaqları qanuniləşdirmək cəhdlərinə hüquqi və siyasi zərbə dəymiş oldu.

Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq tərəfindən birmənalı şəkildə tanınıb. Qeyd etməkdə fayda var ki, Azərbaycan ordusunun 2016-cı və 2018-ci illərdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları sayəsində Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən bütün yollara Azərbaycan ordusu nəzarətə edir". 

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu