“Həftəsonları küçəyə çıxmaq qadağası müsbət effekt verəcək”

Ölkəmizdə xüsus karantin rejimi yumşaldıqdan sonra təəssüf ki, bir çox vətəndaşlar Operativ Qərargahın tövsiyələrinə əməl etmədilər. Bu səbəbdən də, son vaxtlar infeksiyaya yoluxma halları artmağa başlayıb.

Rəsmi qurumların da açıqladığı kimi, fiziki məsafənin gözlənilməməsi, tibbi maskalardan istifadə olunmaması, növbələrin gözlənilməməsi, bütün bunlar son günlərdə ölkədə koronavirusun sürətli yayılmasının əsas səbəbidir. Son günlərdə yoluxma sayının artması yenidən bəzi qadağaların tətbiqi məsələsini gündəmə gətirdi və hökümət bu istiqamətdə müəyyən qərarlar qəbul etməyə məcbur oldu.

Koronavirusa yoluxan vətəndaşların sayının sürətlə artmasının  xoşagəlməz hal olduğunu vurğulayan Klassik Xalq Cəbhəsi Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Xəzər Teyyublunun fikrincə, gündəlik artım statistikası insanlarımızı  narahat etməlidir.  Əks halda virusa qarşı laqeydlik ölkədə daha acınacaqlı vəziyyət yarada bilər:
 
"Karantinin yumşalmasından sonra  yoluxma sayında kəskin artım müşahidə edilməsinə toxunan X. Teyyublu  ümid edir ki, həftəsonları küçəyə çıxmaq qadağası müsbət effekt verəcək: "Əslində sərt karantin rejimi yumşaldılmalı deyildi. Əksinə, aztəminatlı ailələrə sosial dəstəyin müddəti uzadılmalı, şərtlər sadələşdirilməli və daha geniş kütlələri əhatə etməliydi. Bu zaman evdə qalmağın ömrünü uzatmaqla yoluxmanın qarşısı alına bilər”.
KXCP funksioneri istənilən halda siyasi təşkilat olaraq verilən qərara uyğun hərəkət etdiklərini bəyan edib. Onun sözlərinə görə, pandemiyaya qarşı iqtidar-müxalifət və xalq həmrəy olmalı ki xalqımız bu bəladan tezliklə xilas ola bilsin".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu