Rusiya mediası real vəziyyəti işıqlandırır: “Ermənistan koronavirus yuvasına bənzəyir”

“Cənubi Qafqazda bu virusun ən geniş yayıldığı areal Ermənistandır və getdikcə təhlükə mənbəyinə çevrilir"



Rusiyanın "lenta.ru" saytında jurnalist Elen Babayanın "Cəhənnəmə addımlayırıq" sərlövhəli məqaləsi dərc edilib. Materialda COVID-19 koronavirus pandemiyası ilə əlaqədar Ermənistanda yaranmış cari vəziyyətdən bəhs edilir. Məqalədə bildirilir ki, Ermənistan koronavirusla savaşı uduzub. Orada insanlar çipləşdirməyə inanır və kütləvi şəkildə yoluxurlar.

Koronavirus səbəbindən Ermənistanda yaranan xaos və uğursuzluğu şərh edən  Strateji Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov “Sherg.az”a açıqlamasında düşmən ölkədə  infeksiyaya yoluxanların və qurbanların  sayının sürətlə artdığını deyib.  

Koronavirusla bağlı vəziyyət Ermənistanın xaricində, xüsusən də Rusiya kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırıldığını xatırladan politoloq hesab edir ki, səhiyyə sisteminin müqavimət göstərməməsi, kadr potensialının və iqtisadi resursların azlığı səbəbindən Ermənistanın gücsüz olması ilə bağlı müxtəlif materiallar yayılır:

“Təbii ki, Rusiya real vəziyyəti işıqlandırır. Ermənistanda koronavirusla bağlı vəziyyət heç də ürəkaçan deyil və koronavirus yuvasına bənzəyir. Cənubi Qafqazda bu virusun ən geniş yayıldığı areal Ermənistandır və getdikcə təhlükə mənbəyinə çevrilir"

İ.Hüseynovun sözlərinə görə, Ermənistan hakimiyyət mövcud vəziyyətlə bağlı çıxış yolları axtarır, bununla bağlı kreditiorlara müraciət olunur:

"Ermənistanın baş naziri Nikol Paşinyan Beynəlxalq Valyuta Fonduna, eyni zamanda da Avropa Yenidənqurma və İnkişaf bankına yardımlarla bağlı müraciət edib. O, vəziyyətin daha da inandırıcı olması üçün özünün də koronavirusa yoluxması və izolyasiyaya getməsi ilə bağlı da şou göstərib".
Politoloq həmçinin qeyd edib ki, Ermənistandakı bu uğursuzluqların səbəbi səriştəsiz idarəetmə, vahid komandanın olmaması, inqilab eyforiyasının artıq bitməsi, vətəndaşlara verilən vədlərin yerinə yetirilməməsidir.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu