“Vətəndaşlar dövlətin tətbiq etdiyi qaydalara əməl etməlidirlər” – Məsuliyyətli olaq !

“Belə olan halda virusun ikinci dalğasından yan keçə bilərik"

"Vətəndaşlar məsuliyyətli olmadıqca təhlükə daha da  artacaq". 

Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin sədr müavini Ehtiram Mehdiyev deyib. 
AXCP funksionerinin fikrincə   vəziyyətin bu cür davam etməsi ölkəmizi çətin vəziyyətlə üz-üzə qoya bilər: 

" Bu da çoxlu sayda itki deməkdir. Həqiqətən də son günlərin statistikası virusa yoluxanların sayının xeyli çoxalması Operativ Qərargahın sərt qərarlar verməsinin qaçılmaz olduğunu dəfələrlə vurğulamışdıq. Milli Məclisin deputatı Razi Nurullayevin rəhbərlik etdiyi partiya olaraq dəfələrlə bu istiqamətdə vətəndaşlarla maarifləndirici söhbətlər aparmışıq". 

E. Mehdiyevin sözlərinə görə, koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə atılan addımlar və tətbiq olunan xüsusi karantin rejimi vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edir: 

"Düzdür sərt qərarlarla yanaşı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı təbəqələrin sosial rifahının, güzəranının daha da yaxşılaşdırılması vacib addımlardan olmalıdır. Ümid edirəm ki, hökumət bu istiqamətdə növbəti addımlar atacaqdır. 
Ümumiyyətlə tətbiq olunan qaydalar hər bir vətəndaşın üzərinə müvafiq məsuliyyət qoyur. Amma bəzi vətəndaşlar bu qadağalara məhəl qoymadı. Və beləcə də virusun geniş miqyasda yayılması qaçılmaz oldu. Vətəndaş olaraq bu məsuliyyəti dərk etməli, dövlətin tətbiq etdiyi qaydalara əməl etsək hesab edirəm ki, virusun ikinci dalğasından yan keçə bilərik".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu