İnfeksionist: "Evdə özbaşına müalicələr yolverilməzdir”- Bunu etməyin !

“Əhali bu şərtlərə əməl etsə, bizim işimizi asanlaşdırıb pandemiyanın qarşınısı almaqda bizə kömək etmiş olarlar"


Xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, koronavirusa yoluxma hallarının sayında ciddi sayda artım müşahidə olunmağa başlayıb, əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmayıb. Həkimlər və səlahiyyətli şəxslər isə hesab edir ki, bunun başlıca səbəbi bir çox insanın mövcud qaydalara əməl etməməsi, sanitar-gigiyenik normalara, sosial məsafə tələblərinə riayət olunmaması, fərdi qoruyucu vasitələrdən yetərincə istifadə olunmamasıdır. Yəni hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından asılıdır. 

Ümumi vəziyyəti dəyərləndirən Həkim-infeksionist Vüsalə Yaşar isə qeyri iş günlərində hərəkətin tam məhdudlaşdırılmasının doğru qərar olduğunu hesab edir: 

"Çox təəssüf ki, əhalidə maarifləndirmə aparılmasına baxmayaraq insanlar çox rahat, arxayın davrandılar. Bunun nəticəsində də yoluxmalar bu qədər sürətli artmağa başladı. Dünya praktikasından faydalanıldığı üçün belə bir qərar verildi ki, həftə sonları ölkədə hərəkət tam məhdudlaşdırılsın. Bəzi vətəndaşlarımız sosial şəbəkələrdə belə rəylər yazırlar ki, "Nə oldu, həftəiçi virus yoxdur, həftə sonumu oldu?" Belə deyil! Həftəiçi insanlar vacib işlərinin dalınca getməlidirlər, amma həftə sonu adətən boşluq olduğu üçün hamı çölə kütləvi axın edir. İşi olan da, olmayan da hamı çöldədir və bunun nəticəsində də yoluxma sayı çox yüksək rəqəmlərə çatdı.

Biz sosiallaşmağı, insanların çıxıb havada gəzməyini normal qarşılayırıq. Amma bəzi şeylər ifrat dərəcəsində olmağa başladı. Çox sıx məsafədə qadağa olunmasına baxmayaq ad günləri qeyd olundu, partilər təşkil olundu və s. Bunların qarşısını almaq mümkünsüzə çevrilir. Məsuliyyəti insanların özləri daşımağa başladıqda isə daha da məsulliyətsiz davranmağa başladılar'. İlk vaxtlar koronavirusa yoluxanların xəstə yaşlılar, yanaşı xroniki xəstəliyi olan insanlar olduğunu vurğulayan infeksionistin sözlərinə görə, indi koronavirusa yoluxmaya görə gənclər daha çox xəstəxanalara yatırılır: " Gənclərdə daha çox pnevmaniya aşkar etməyə başlamışıq və artıq bütün xəstəxanalar, demək olar ki, dolublar. Yaxşı ki, modul xəstəxanalar tikilib. Bu xəstələr oralara yerləşdiriləcək. Amma biz vəziyyətin yaxşılaşmağını arzulayarkən daha da pis nəticələr görməyə başlayırıq.

Həftəsonları hərəkəti tam məhdudlaşdırmaq doğru qərardır. Ən azından çıxıb çöldə, parkda, mall-larda, restoranlarda kütləvi şəkildə toplaşmasınlar. Çünki həftəsonu bunları insanlar daha çox edirlər". Həkimin sözlərinə görə, özlərində xəstəlik əlaməti hiss edən şəxslər təcili yardım çağırsınlar, onlardan yardım alınsın və çölə çıxdıqda maksimal dərəcədə tibbi maskadan istifadə edib, zolyasiya qaydalarına əməl etsinlər: "Özbaşına evdə müalicələr yolverilməzdir, bunu etməsinlər. Əhali bu şərtlərə əməl etsə, bizim işimizi asanlaşdırıb pandemiyanın qarşınısı almaqda bizə kömək etmiş olarlar".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu