"Tibb işçilərinə təşəkkürümüz qaydalara riayət etməklə olmalıdır"

Müşfiq Məmmədli: "Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır"

 Koronavirus pandemiyasına qarşı aparılan mübarizədə tibb işçilərinin üzərinə böyük məsuliyyət düşür. Virusa yoluxan xəstələrin  sağalması ümün gecə-gündüz çalışan həkimlərimiz öz həyatlarını təhlükə qarşısında qoyaraq bütün imkanlardan istifadə edirlər. Ölkə rəhbəri  İlham Əliyevin də qeyd etdiyi kimi, bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır. 

17 iyun tibb işçilərinin peşə bayramı münasibətilə Sherg.aza açıqlama verən millət vəkili,  Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli bu çətin günlərdə vətəndaşlarımızın sağlamlığı üçün çalışan, koronavirusla mübarizədə böyük fədakarlıq və əzmkarlıq göstərən tibb personalını təbrik edib. 


 
Deputat tibbi işçilərinin koronavirus pandemiyasına qarşı mübarizədə göstərdikləri  fədəkarlığın həm dövlət, həm də xalqımız tərəfindən yüksək qiymətləndirildiyini deyib:

"Pandemiya dövründə məhz bu sahənin adamları günlərlə, bəzən də aylarla evlərindən uzaq qaldılar. Məlum xəstəliklə mübarizə üçün həm özlərini, həm də ailə üzvlərini riskə ataraq bütün mümkün addımları atdılar. Qeyd edim ki, virusla mübarizə zamanı xəstəliyə yoluxan tibb işçilərimiz də oldu. Fikrimcə bu şəxslər bütün müsbət sözlərə, alqışa, maddi və mənəvi təşəkkürə  layiqdirlər. Eyni zamanda vurğulamaq istərdim ki, xalq olaraq onlara təşəkkürümüz qaydalara riayət etməyimiz olmalıdır. Mən həm deputat olaraq, həm də tibb işçisi olaraq bildirmək istərdim ki, ölkə prezidenti cənab İlham Əliyevin, I vitse - prezident xanım Mehriban Əliyevanın səhiyyəmizə, onun bütün işçilərinə göstərdiyi diqqət və qayğı göz önündədir. Cənab prezidentin çıxışında insan sağlamlığının onun üçün öndə gəldiyini vurğulaması, həmçinin son müddətdə səhiyyə sisteminin və sənayesinin inkşaf etdirilməsi ilə bağlı atdığı addımlar bu sahənin ən ali instansiyada yüksəkdə durduğunun göstəricisidir.

Öz növbəmdə 17 iyun Azərbaycanda səhiyyə işçiləri günü münasibəti ilə bütün həmkarlarımı təbrik edir, onlara can sağlığı, dünyanı cənginə almış pandemiya dövründə möhkəm iradə, səbr arzulayıram".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu