“Maşın satışında onlayn ticarət gücləndi, amma...” – ALDANMAYIN! 

“Onlayn mühitə sadəcə tanışlıq mərhələsi kimi yanaşmaq lazımdır”

“Almaq istədiyimiz avtomobili mütləq yaxından görməli, yoxlatdırmalı, detalların sazlığından əmin olmalıyıq”



Onlayn ticarət bir çox sahələrdə artıq tətbiq olunur. Evində, kompüter qarşısında oturub, hətta avtomobil almaq da mümkündür. Təsəvvür edin, müvafiq düymələri sıxdıqdan, əmrləri icra etdikdən  bir neçə gün sonra bir də baxırsan ki, maşın həyətdədir.
Daha nə bazara, nə də salonlara getməyə ehtiyac var. Amma hərdən bütün bu proseslər novella səciyyəsi daşıyır. Yəni gözlənilməz sonluqla bitir. Bəzən gətirilən maşının sən seçdiyin olmadığını görürsən. Bəzən də avtomobildəki qüsurları, əzikləri sezmək üçün cəmi iki-üç saniyəyə ehtiyacın olur. Deməli, avtobilləri onlayn qaydada almaq həmişə istənilən nəticəni vermir. Beləliklə, bir addım qabağa düşmək adı ilə beş addım arxaya gedirsən...



Bununla bağlı “Sherg.az”a danışan nəqliyyat eksperti, “Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlının fikrincə, virtual mühit yaxşı olsa da, seçim etmək üçün tələsmək düzgün deyil: 

“Koronavirus pandemiyası ilə əlaqədar olaraq bir çox sahələrdə olduğu kimi, maşın satışında da onlayn ticarət gücləndi. Bu, ilk baxışdan yaxşıdır. Ən azından ona görə ki, alıcıya daha çox seçim təqdim edilir. Ancaq heç bir halda onlayn alış-veriş etmək olmaz. Çünki söhbət qəpik-quruşdan yox, 20-30 mindən gedir. Ona görə də onlayn mühitə sadəcə tanışlıq mərhələsi kimi yanaşmaq lazımdır. Gələcəkdə isə almaq istədiyimiz avtomobili mütləq yaxından görməli, yoxlatdırmalı, detalların sazlığından əmin olmalıyıq. Yəni maşınla real təmas şərtdir”. 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu