Həkim ümidlidir: “İki həftəlik karantin effektiv olacaq və...”

“Karantin müddətinin uzadılması yoluxma statistikasının aşağı düşməsinə hesablanıb. Bu, zəruri qərar idi”

“Telefonla, ayaqqabı ilə evdən çölə çıxmadığımız kimi, maskanı da unutmamalıyıq”


“Operativ Qərargahın yeni qərarına səbəb kütləvi yoluxmadır. İnsanlar məsuliyyətsizlik göstərdikləri üçün belə addımlar atılır” 
Bu sözləri karantin müddətinin və xüsusi karantin qaydalarının uzadılması barədə “Sherg.az”a fikirlərini bildirən həkim-allerqoloq Şahvələd Məmmədov deyib. O, qərarın tərəfdarı olduğunu bildirib: 

“Çox yerində verilmiş qərardır. Çünki yoluxma sayı artan templə davam edir. Havaların istiləşməsinin də təsiri olmadığını görürük. Deməli, koronavirusa qarşı ancaq öz məsuliyyətimizlə mübarizə aparmalıyıq.



Tibbi maska gündəlik isifədə etdiyimiz ləvazimatlardan birinə çevrilməlidir. Telefonla, ayaqqabı ilə evdən çölə çıxmadığımız kimi, maskanı da unutmamalıyıq. Xüsusilə kütləvi yerlərdə toplaşmaq olmaz.

Bu, virusun yayılmasına şərait yaradır. Düzdür, metro nəzarətdədir. Amma digər qapalı məkanlar, o cümlədən restoranlar, böyük marketlər bağlanmalıdır ki, kütləvi yoluxmanın qarşısı alınsın”. 

Həkimin fikrincə, bir az səbrli olsaq, gözəgörünməz düşmənə qalib gələ bilərik:

 “Bu, sınaq dövrüdür. Bizdən tələb olunan isə səbr və təmkindir. Ikinci dalğa filan olmayacaq. Görürsünüz, indi Uhanda vəziyyət necədir? Demək olar, yoluxma yoxdur. Bizdə də elə olacaq. Karantin müddətinin uzadılması yoluxma statistikasının aşağı düşməsinə hesablanıb. Bu, zəruri qərar idi. İnanıram ki, iki həftəlik karantin effektiv olacaq və yoluxma tempi tədricən aşağı düşəcək”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu